Azərbaycan Respublikasında təhsil sistemi milli, mənəvi ümumbəşəri dəyərlərə əsaslanaraq ümumdünya təhsil sisteminə
inteqrasiya yolu ilə inkişaf etməkdədir.
Bu barədə "Tehsil.biz"ə Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd olunub ki, aparılan uğurlu islahatlar nəticəsində əhalinin təhsil səviyyəsi ilbəil artır və bu gün 15 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərindən 974-ü ali, orta ixtisas, peşə və orta təhsilə malikdir.
2024-cü il yanvar ayının 1-i vəziyyətinə ölkədə fəaliyyət göstərən 1696 dövlət və 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 118 min uşaq tərbiyə alır.
2023/2024-cü tədris ilinin əvvəlinə ölkənin 4388 dövlət və 34 qeyri-dövlət ümumi təhsil müəssisələrində (məktəbəhazırlıq
qruplarında təhsilalanlar da daxil olmaqla) 1,7 milyon nəfər təhsil alıb.
Ümumi təhsil müəssisələrində ikinci və üçüncü növbələrdə təhsil alan şagirdlərin xüsusi çəkisi 23,5 faiz olub.