Logo

Azərbaycanda nə qədər elmi təşkilat var?

17.01.2024 13:44 144 baxış
IMG

Azərbaycanda 131 elmi təşkilat və müəssisədə 20 minə yaxın mütəxəssis fəaliyyət göstərir.

Bu barədə "Tehsil.biz"ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, 2024-cü ilin əvvəlinə ölkədə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 131 elmi təşkilat və müəssisə fəaliyyət göstərir. Bu elm ocaqlarında elmi tədqiqat və işləmələrlə 19,9 mindən artıq mütəxəssis məşğul olur, onların da 73,1 faizi tədqiqatçılardır. Bu mütəxəssislərin 36,6 faizinin elmlər doktoru və ya fəlsəfə doktoru elmi dərəcəsi var.

Bundan əlavə, elmi-tədqiqat bölmələrində ştatda olmayan və ali təhsil müəssisələrində çalışan 9 min nəfərədək elmi pedaqoji işçi elmi-tədqiqat bölmələrində tədqiqat və işləmələri yerinə yetirirlər. Onların da yarıdan çoxu elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsinə malikdirlər.

Xəbər lenti