Logo

Şərqşünaslıq İnstitutunda doktorant və dissertantlar üçün növbəti mühazirə keçirilib - FOTO

17.01.2024 16:40 251 baxış
IMG

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda fəlsəfə və elmlər doktorluğu üzrə təhsil alan doktorant və dissertantlar üçün mühazirələr davam edir.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Növbəti mühazirə “Dissertasiya işinin tərtibatı” mövzusunda olub. Tədbiri idarə edən institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü mühazirə üçün sözü Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Teymur Sadıqova verib.

Mühazirəsində dissertasiya işinin quruluşu və həcmi barədə məlumat verən T.Sadıqov işi yazarkən iddiaçının əsasən bütün bilik və bacarığı ilə bərabər həm də tədqiqat qabiliyyətini də ortaya qoymağı bacarmalı olduğunu bildirib etməli olduğunu vurğulayıb.

Mühazirəçi elmi ədəbiyyatdan istifadə qaydaları, həmçinin istinadlara qoyulan tələblər barədə də dinləyicilərə məlumat verib. O, iddiaçının istifadə etdiyi ədəbiyyatlarda olan fikirlərə söykənərək, həmin ədəbiyyatlardan sitatlar gətirilməsi ilə bərabər, həm də öz gəldiyi qənaəti də əks etdirməli olduğunu vurğulayıb.

Xəbər lenti