Logo

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə keçirilən eksternat imtahanlarının nəticələri açıqlanıb

17.01.2024 18:30 525 baxış
IMG

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə keçirilən eksternat imtahanlarının nəticələri açıqlanıb.

İdarədən "Tehsil.biz"ə bildirilib ki, əvvəlki illərdə ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün təşkil edilən eksternat imtahanlarında ümumilikdə 239 nəfər iştirak edib. Onlardan 96 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub.

Eksternlər hər fənn üzrə 10 sual olmaqla, ümumi orta təhsil səviyyəsi üzrə 12, tam orta təhsil səviyyəsi üzrə isə 11 fəndən imtahan veriblər. Rus bölməsində təhsil almış şəxslər isə əlavə olaraq daha 1 fənn üzrə (Azərbaycan dili) sınaqdan keçiblər.

Eksternat imtahanlarından uğur qazanan şəxslərin attestat almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta və tam orta təhsil səviyyələri üzrə keçirilən buraxılış imtahanlarında iştirakı zəruridir. Eksternlər buraxılış imtahanları barədə Dövlət İmtahan Mərkəzinin saytına (www.dim.gov.az) daxil olaraq məlumat əldə edə bilərlər.

Xəbər lenti