Logo

AzTU-nun məzunu, şəhid Bəhruz Hüseynovun doğum günüdür

17.01.2024 20:11 145 baxış
IMG

Bu gün Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, şəhid Bəhruz Hüseynovun doğum günüdür.

Tehsil.biz xəbər verir ki, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Bəhruz Hüseynov 1994-cü il yanvarın 17-də Salyan rayonunun 1-ci Varlı kəndində anadan olub. 2011-ci ildə orta məktəbi bitirdikdən sonra AzTU-ya qəbul olunub. 2015-ci ildə universiteti bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. 2016-cı ildə Aprel döyüşlərində iştirak edib. Bəhruz Hüseynov 2020-ci ildə başladılan 44 günlük Vətən müharibəsində tankçı kimi Füzuli, Cəbrayıl və Hadrut istiqamətlərində gedən döyüşlərdə qəhrəmanlıqlar nümayiş etdirib. Oktyabrın 19-da Xocavənd uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Bəhruz Hüseynov ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Xəbər lenti