Logo

Yataqxanada yanğın zamanı bir neçə nəfər tüstüdən zəhərlənib

18.01.2024 01:04 360 baxış
IMG

17.01.2023-cü il tarixində saat 22:50 radələrində Sumqayıt Dövlət Texniki Kollecin yataqxanasında başlayan yanğınla əlaqədar Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Stansiyasının dərhal 3 briqadası hadisə yerinə cəlb edilib.

Tehsil.biz xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzindən bildirilib.

1954-cü il təvəllüdlü şəxs (kişi cinsli) “Digər qazların toksiki təsiri” diaqnozu ilə orta ağır vəziyyətdə hospitalizasiya olunub.

1981-ci il təvəllüdlü (kişi cinsli) və 1961-ci il təvəllüdlü (qadın cinsli) şəxslərə “Digər qazların toksiki təsiri” diaqnozu ilə yerində yardım olunub. Durumları kafidir.

2 nəfər qadına isə “Stresə qarşı kəskin reaksiya” diaqnozu ilə yerində yardım olunub.

Briqadalar hazırda hadisə yerindədir.

Həmçinin oxuyun: FHN kollec yataqxanasındakı yanğınla bağlı məlumat yayıb

Xəbər lenti