Bakıda iki məktəbli itkin düşüb.
Tehsil.biz xəbər verir ki, Nahid Cəfərov Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə müraciət edərək qohumu 2007-ci il təvəllüdlü Amil Məmmədovun yanvarın 15-də Xətai rayonu, Şirvan küçəsində yerləşən 29 saylı orta məktəbə getdiyini və geri qayıtmadığını bildirib.
Bundan başqa Sabunçu rayonu, Maştağa qəsəbəsində 2007-ci il təvəllüdlü Zahirə Elnur qızı Nəzərova yanvarın 16-da yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
Hər iki faktla bağlı araşdırma aparılır.