Logo

Tarix Muzeyi “Tirmə” adlı yeni kataloqunu təqdim edir

18.01.2024 11:16 362 baxış
IMG

Milli Azərbaycan Tarixi Muzeyi “Tirmə” adlı yeni kataloqunu təqdim edir.

Muzeydən "Tehsil.biz"ə bildirilib ki, kataloqda tirmənin tarixi, Azərbaycan məişətində yerindən bəhs olunub. Eyni zamanda, araşdırmada tirmə məmulatının geyim elementləri, toy ləvazimatları, dini əşyalar, aksesuarlar, naxış elementləri və s. haqqında məlumat verilib.

Kataloqda ilk dəfə bu vaxta qədər tikmə kimi tanınan məmulatın əslində tirmə parçanın “amali” və ya “amalikar” növü olduğu qeyd olunub.

Geniş ictimaiyyət üçün nəzərdə tutulan kataloq elmi axtarışlar üçün əhəmiyyətlidir.

Xəbər lenti