Logo

Peşə Təhsil Mərkəzində 20 Yanvar faciəsinin ildönümünə həsr edilmiş anım tədbiri keçirilib - FOTO

18.01.2024 15:32 186 baxış
IMG

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzində 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar anım tədbiri keçirilib.

İZİA-dan "Tehsil.biz"ə bildirilib ki, tədbirdən əvvəl Peşə Təhsil Mərkəzinin bir qrup əməkdaşı və tələbələri Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edərək məzarları üzərinə güllər düzüblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, ardınca faciə ilə bağlı videoçarx nümayiş olunub.

Çıxış edənlər 34 il öncə Bakı şəhərində və ölkənin digər bölgələrində SSRİ hərbi birləşmələri tərəfindən dinc əhaliyə qarşı törədilmiş qırğınlar barədə məlumat verib, qan yaddaşımızın ən mühüm məqamlarından biri olan həmin hadisə ilə xalqımızın demokratiya və suverenlik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdiyini diqqətə çatdırıblar.

Sonra 20 Yanvar faciəsinin dəhşətlərini özündə əks etdirən qısametrajlı film göstərilib, tələbələrin ifasında şeirlər səsləndirilib.

Xəbər lenti