Logo

Bakıda intihar edən qız ikinci kurs tələbəsi olub - YENİLƏNİB

18.01.2024 15:58 375 baxış
IMG

Bakıda imtahana getmək adı ilə çıxan və özünü 16-cı mərtəbədən ataraq intihar edən 18 yaşlı Lalə Elxan qızı Seyfullayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecin Məktəbəqədər təhsil ixtisasının ikinci kurs tələbəsi olub.

Tehsil.biz xəbər verir ki, bu barədə ADPU-dan bildirilib.

Bildirilib ki, tələbənin dərsləri ilə bağlı hər hansı ciddi problem və narahatlıq qeydə alınmayıb. 

Məsələ ilə bağlı müvafiq araşdırmalar aparılır.

13:11

Bakıda intihar hadisəsi olub.

Tehsil.biz Lent.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu “Qara Qarayev” metro stansiyası yaxınlığında qeydə alınıb.

Paytaxt sakini 18 yaşlı L.Seyfullayeva burada yerləşən çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən özünü ataraq, həyatına son qoyub.

İddialara görə, L.Seyfullayeva Hövsan qəsəbəsində yaşayıb. Onun kollec tələbəsi olduğu bildirilir.

İntiharın dəqiq səbəbləri hələlik məlum olmasa da, L.Seyfullayevanın hadisə baş verən günü imtahana getdiyi bildirilir. Belə ki, onun imtahan vermək üçün evdən çıxdığı, lakin özünü binadan ataraq intihar etdiyi məlum olub.

Hazırda faktla bağlı araşdırma aparılır. Hadisənin dəqiq səbəbi araşdırma nəticəsində bilinəcək.

Xəbər lenti