Sosial şəbəkələrdə Saatlı rayonu Orta Muğan kənd tam orta məktəbi ilə bağlı yazılan fikirlərdə məktəb binasının açılışı zamanı 1-ci sinif şagirdlərinə verilməsi nəzərdə tutulan çantaların onların əlindən alındığı deyilir.
Saatlı rayon Təhsil Şöbəsindən verilən məlumata görə, Təhsil Şöbəsində bu məsələ ilə bağlı araşdırma aparılıb və qeyd olunan məsələ təsdiqini tapmayıb.