Logo

ADAU-da ilk dəfə səs verəcək tələbələr üçün maarifləndirici seminarlar təşkil edilib - FOTO

18.01.2024 22:01 358 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Mərkəzi Seçki Komissiyasının (MSK) dəstəyi ilə 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezident seçkilərində ilk dəfə səs verəcək tələbələr üçün silsilə maarifləndirici seminarlar təşkil edilib.

Bu barədə "Tehsil.biz"ə ADAU-dan bildirilib.

Universitetin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə keçirilən seminarlarda tələbələrə hər bir seçicinin səsvermədə iştirakının vacibliyi, səsvermə günü prosedurları və digər məsələlər barədə ətraflı məlumat verilib.

Sonda tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti