Qazaxda 13 yaşlı məktəbli qızılcadan dünyasını dəyişib.
"Tehsil.biz"in məlumatına görə, hadisə rayonun Hüseyinbəyli kəndindən qeydə alınıb.
Belə ki, kənd sakini Şabanzadə Nəzrin Fərrux qızı qızılca xəstəliyi ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına oradan isə Gəncə xəstəxanasına aparılıb.
Tibb müəssisəsinin Uşaq intensiv terapiya bölməsində ona qızılca, ensefalit diaqnozu qoyulub. Vəziyyətində ağırlaşma müşahidə olunan azyaşlının paytaxt Bakıda yerləşən ixtisaslaşmış xəstəxanalardan birinə təxliyəsi nəzərdə tutulub və aparılarkən yolda həkiməqədər ölüm qeydə alınıb.