Qarabağ və Şərqi Zəngəzur bölgəsində yerüstü radio və televiziya yayımının əhatə zonasının genişləndirilməsi məqsədilə hesablamalar aparılıb, əhatə zonaları çıxarılıb. “Yuxarı Sus” (Laçın rayonu), “Balasoltanlı” (Qubadlı rayonu) radio-televiziya yayımı stansiyalarında (RTYS) açıq (ödənişsiz) rəqəmsal yerüstü televiziya yayımı həyata keçirmək üçün radiovericilərin gücü hesablanıb və istifadəyə yararlı boş olan TV yayım kanalları ayrılıb.
Tehsil.biz xəbər verir ki, bu barədə Audiovizual Şuranın illik hesabatında məlumat verilib.
Bundan başqa, adı çəkilən RTYS-lərdə “Azərbaycan Radiosu”nun və “İctimai Radio”nun yayımının həyata keçirilməsi üçün istifadəyə yararlı boş radiotezliklər də müəyyən olunub.