Logo

AzTU-da 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib - FOTO

19.01.2024 14:11 242 baxış
IMG

20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Texniki Universitetində (AzTU) anım tədbiri keçirilib. 

Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib.

Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib. 

AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, 20 Yanvar Azərbaycan tarixinin həm kədərli, həm də qəhrəmanlıq səhifəsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən hadisələr xalqımızın haqq səsini boğmaq, mübarizə əzmini məhv etmək məqsədi daşıyırdı. Lakin xalqımızın göstərdiyi birlik və milli ləyaqət hissi həmin gün irticaya qalib gəldi. Dinc əhaliyə qarşı törədilən bu cinayətə ilk dəfə hüquqi-siyasi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verildi.

Daha sonra çıxış edən tarix elmləri namizədi, dosent Akif Nağı da 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilən faciənin bəzi məqamlarını yada salıb. O, həmin gün ermənilərin fitvası ilə törədilmiş bu cinayətin xalqımızın iradəsini qıra bilmədiyini vurğulayıb. Qeyd olunub ki, illər keçsə də Azərbaycan xalqı sovet qoşunlarının törətdiyi bu cinayəti unutmayacaq, o müdhiş gecədə şəhidlik zirvəsinə yüksələn Vətən övladlarının xatirəsi hər zaman qəlblərdə yaşayacaq.

Xəbər lenti