Bakı Dövlət Universitetində (BDU) nanotexnologiyanın müxtəlif sahələri üzrə tədqiqatlar davam edir.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.
BDU-nun əməkdaşları Mustafa Muradov, Sevinc Məmmədyarova, Qönçə Eyvazova, Günel Əliyeva, Ofeliya Balayeva, Radiasiya Problemləri İnstitutunun əməkdaşı Sevinc Məlikova, Geologiya və Geofizika İnstitutunun əməkdaşları Nazim Sadıqov və Məhəmmədəli Abdullayev, Fizika İnstitutunun əməkdaşı Nahidə Musayevanın həmmüəllifi olduqları “CuxCo3−xO4 nanohissəciklərinin sonokimyəvi üsulla sintezi, quruluş və optik xassələrinin və metilen göy boyaq maddəsinin deqradasiyası üçün fotokatalitik aktivliyinin tədqiqi” adlı məqalə həmin elmi tədqiqatlardan bəhs edir.
Məqalə “Scopus” və “Web of Science” bazalarına daxil olan Q2 kvartilli “RSC Advances” (IF: 3.9) jurnalında dərc olunub.