Logo

AzTU-da imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub - FOTO

19.01.2024 17:30 319 baxış
IMG

Azərbaycan Texniki Universitetində (AzTU) qış semestrinin imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub.

Bu barədə "Tehsil.biz"ə AzTU-dan bildirilib.

Mediaturda tələbələrin valideynləri, AzTU-nun İctimai şurasının üzvləri, media nümayəndələri iştirak edib. Əvvəlcə mediatur iştirakçıları AzTU-nun kampusunu ziyarət edib.

Rektor Vilayət Vəliyev AzTU-da görülən işlər haqqında məlumat verib. Daha sonra auditoriyalarda imtahanın gedişi izlənilib. Məlumat verilib ki, AzTU-da imtahanlar əyani təhsil alan I kurslar üçün test, yazılı və şifahi, əyani təhsil alan II, III və IV kurslar üçün şifahi (yazılı) üsulla keçirilir. Qiyabi təhsil alan I, II, III, IV kurslar üçün imtahanlar test, V kurslar üçün isə şifahi (yazılı) üsulla təşkil edilib. Magistratura səviyyəsində isə imtahanlar şifahi (yazılı) üsulla keçirilir.

Qeyd olunub ki, sessiyanın gedişinə nəzarət, həmçinin şəffaflığın təmin olunması məqsədilə AzTU-da Apelyasiya Komissiyası, İmtahan Qərargahı və "Qaynar xətt" (+99412 539 13 05) fəaliyyət göstərir.

Mediaturda valideynləri və media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. 

Xəbər lenti