Logo

Rusiya “MGIMO”dan növbəti tədris ili üçün tələbə qəbulu

05.04.2021 12:39 98 baxış
IMG

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti (“MGIMO”) 2021-2022-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edib. Qəbul bakalavriat təhsil səviyyəsi üzrə aparılır.

 

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 5–9 aprel 2021-ci il tarixlərində tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərərək qeydiyyatdan keçməlidirlər.

 

Müsabiqə mərhələsi, tələb olunan sənədlər və digər məsələlərlə bağlı ətraflı məlumatı buradan əldə etməyiniz mümkündür.

Xəbər lenti