Logo

Respublika Seysmoloji Xidmət Mərkəzindən zəlzələ ilə bağlı AÇIQLAMA

19.01.2024 23:08 259 baxış
IMG

Zəlzələ episentrdə Saatlı-Sabirabadda 4, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik, Şirvan, Zərdab, Ağdam, Saatlı rayonlarında 4-3 bala qədər hiss olunub.

Tehsil.biz xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yenilənmiş verilənlərə əsasən, təbiət hadisəsinin maqnitudası 5 olub, dərinliyi 61 km-dir.

Qeyd edək ki, bu gün Azərbaycanın Mil-Muğan iqtisadi rayonunun ərazisində 5,1 maqnitudalı zəlzələ olub. Təbiət hadisəsi Bakı vaxtı ilə saat 22:05-də qeydə alınıb.

Həmçinin oxuyun: Fövqəladə Hallar Nazirliyi zəlzələ ilə bağlı məlumat yayıb

Xəbər lenti