Logo

Azərbaycanda daha üç məktəb distant təhsilə keçib

05.04.2021 12:57 198 baxış
IMG

Kürdəmir rayonunda daha üç məktəb koronavirus infeksiyası səbəbindən distant təhsilə keçib.

 

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Gigiyena və Epidemiologiya Mərkəzinin keçirdiyi tədbirlər nəticəsində rayonun üç məktəbində koronavirus infeksiyası aşkarlanıb.

 

Bu səbəbdən rayonun 1, 2 və 6 saylı orta məktəblərində əyani təhsil müvəqqəti olaraq dayandırılıb və distant təhsilə keçirilib.

 

Hazırda həmin məktəblərdə Kürdəmir rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən dezinfeksiya işləri aparılır.

Xəbər lenti