Logo

AzTU-nun məzunu, şəhid Anar Şükürovun doğum günüdür

20.01.2024 23:20 188 baxış
IMG

Bu gün Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, şəhid Anar Şükürovun doğum günüdür

Tehsil.biz xəbər verir ki, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Anar Şükürov 1977-ci il yanvarın 20-də Sumqayıtda anadan olub.

Anar Şükürov 2020-ci ildə başladılan 44 günlük Vətən müharibəsinin ilk günlərindən döyüş meydanında olub. Oktyabrın 16-da Suqovuşanın azadlığı uğrunda döyüşdə şəhidlik zirvəsinə yüksəlib.

Prezident İlham Əliyevin Sərəncamına əsasən, Anar Şükürova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. Həmçinin Prezidentin digər sərəncəmlarına əsasən, Anar Şükürov ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Bakıda Binəqədi rayonu, 6-cı mikrorayonda küçəyə və Sumqayıtda 25 nömrəli tam orta məktəbə Anar Şükürovun adı verilib.

Xəbər lenti