Logo

ADA Universiteti Hindistanın Kurukşetra Universiteti ilə əməkdaşlıq edəcək

21.01.2024 11:51 243 baxış
IMG

ADA Universiteti Hindistanın Kurukşetra Universiteti ilə anlaşma memorandumu imzalayıb.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, tərəflər müxtəlif istiqamlərdə əməkdaşlıq edəcəklər. Həmin istiqamətlərə birgə tədqiqat layihələri, konfrans, seminar, sərgilər və digər məsələlər daxildir.

Həmçinin, hər iki universitet peşəkar inkişaf proqramları və təlimlər üzrə əməkdaşlıq edəcək. Tələbələr isə mübadilə proqramında iştirak etmək imkanı qazanacaqlar.

Xəbər lenti