Logo

BMU-nun əməkdaşı kibertəhlükəsizlik təhsili ilə bağlı tədbirdə çıxış edib - FOTO

21.01.2024 15:59 234 baxış
IMG

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə “Kibertəhlükəsizlik təhsili və əməkdaşlıq” mövzusunda tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, ali təhsil müəssisələrində yaradılmış kiber klubların fəaliyyəti, o cümlədən informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində həyata keçirilən təhsillə bağlı müzakirələrin aparıldığı tədbirdə Bakı Mühəndislik Universitetinin (BMU) Kompüter və informasiya texnologiyaları kafedrasının müəllimi Gülbiçə Zahidova məruzə ilə çıxış edib.

Çıxışında G.Zahidova BMU-da 2020-ci ildən informasiya təhlükəsizliyi ixtisasına qəbulun aparıldığını, son illər bu istiqamətdə ən yeni fənlərin tədris olunduğunu bildirib. Universitetdə müasir laboratoriyaların mövcud olduğunu və nəzərdə tutulan yenilikləri vurğulayan məruzəçi atılacaq addımların kibertəhlükəsizlik və bütövlükdə informasiya texnologiyaları üzrə yüksəkixtisaslı mütəxəssis-mühəndislər hazırlamağa imkan verəcəyini deyib. 

16 ali təhsil müəssisəsinin təmsil olunduğu tədbirdə “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nda təsbit olunmuş hədəf və məqsədlər, eləcə də müvafiq sahə üzrə təhsilə dair müəyyən olunmuş tələblər iştirakçıların diqqətinə çatdırılıb.

Xəbər lenti