Logo

Milli Kitabxana “Şəfiqə Axundova – 100” adlı virtual sərgi təqdim edib

21.01.2024 19:24 367 baxış
IMG

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Şəfiqə Axundova – 100” adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlanıb.

Tehsil.biz xəbər verir ki, virtual sərgidə mövzu ilə əlaqədar fotolar, dövri mətbuat səhifələrində dərc edilən məqalələr, bəstəkarın kitabları, ənənəvi sərgidə bəstəkarın musiqi əsərlərinin notları, onun haqqında ədəbiyyatlar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Sefiqe_Axundova_100/index.htm linkindən istifadə edə bilər. Ənənəvi sərgi 1 həftə davam edəcək.

Xəbər lenti