Logo

Yerə maqnit qasırğası yaxınlaşır

22.01.2024 09:30 160 baxış
IMG

Yanvarın 23-də Yer kürəsində maqnit qasırğası gözlənilir.

Tehsil.biz Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.

Alimlər proqnozlaşdırırlar ki, səhər saat altıda şüalanma G1 (zəif qasırğa) səviyyəsinə çatacaq və bu baş vermədən əvvəl və sonra bir neçə saat ərzində geomaqnit pozğunluqları qeydə alınacaq. Yaxın 24 saat ərzində maqnit fonunun normal qalacağı qeyd edilir.

Xəbər lenti