Parlamentdə təhsillə bağlı dinləmə keçirilməsi təklif olunur.
Tehsil.biz xəbər verir ki, bu təkliflə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov komitənin yanvarın 22-də keçirilən iclasında çıxış edib.
Deputat təhsildə baş verən dəyişikliklərin və yeni tendensiyaların müzakirəsi üçün dinləmənin keçirilməsinə ehtiyac olduğunu bildirib.
Komitə sədri Bəxtiyar Əliyev isə təklifi dəstəkləyərək dinləmənin müzakirə predmetinin müəyyənləşdirilməli, aidiyyəti qurumlarla müzakirə edilməli olduğunu deyib.
"Parlamentin sədri Sahibə Qafarova da parlamentin payız sessiyasında belə bir dinləmə keçirilməsini təklif etmişdi. Bu dinləmə keçirilə bilər”, - B.Əliyev qeyd edib.
Kənan Nağıbəyli