"İntihar halları ilə bağlı beynəlxalq statistikaya əsasən, ən inkişaf etmiş Avropa ölkələri ilə müqayisədə ən aşağı göstərici Azərbaycandadır".
Tehsil.biz xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri, deputat Bəxtiyar Əliyev komitənin yaz sessiyası çərçivəsində keçirilən ilk iclasında deyib.
"Ölkəmizdə intihar halları ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işləri dərhal başlanılır və araşdırma aparılır, - komitə sədri vurğulayıb.
Bəxtiyar Əliyev
Bəxtiyar Əliyev məktəblərdə ölüm hallarının artması ilə bağlı yayılan fikirlərə münasibət bildirib.
O deyib ki, birinci növbədə bu cür statistikanın kim tərəfindən aparılmasına diqqət etmək lazımdır:
"Hər bir ölüm halı bizim üçün ciddi siqnaldır. Komitə olaraq biz də baş vermiş hadisələrlə bağlı araşdırmalar aparırıq. Tək-tək baş verən ölüm hallarını ölkə üzrə ümumiləşdirmək düzgün deyil. Hər bir vətəndaşın taleyi bizim üçün önəmlidir”.
Kənan Nağıbəyli