Logo

AzTU-nun tələbəsi, şəhid Aslan Rzayevin doğum günüdür

22.01.2024 13:47 217 baxış
IMG

Bu gün Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi, şəhid Aslan Rzayevin doğum günüdür

Tehsil.biz xəbər verir ki, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Aslan Rzayev 1995-ci ildə Bakıda anadan olub. 2012-ci ildə orta məktəbi bitirdikdən sonra AzTU-ya qəbul olunub. 2016-2018-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Aslan Rzayev 2020-ci ildə başladılan 44 günlük Vətən müharibəsində Füzuli, Cəbrayıl və Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmanlıqlar nümayiş etdirib. Oktyabrın 13-də Xocavənd uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Aslan Rzayev ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Xəbər lenti