Logo

Texnologiya Universitetinin rəhbərliyi “Qarabağ”, “Çinar” və “Qaşaltı” hotellərinin rəhbərləri ilə görüşüb - FOTO

22.01.2024 14:17 440 baxış
IMG

Naftalanda Azərbaycan Texnologiya Universitetinin rəhbərliyi (ATU) ilə “Qarabağ”, “Çinar” və “Qaşaltı” hotellərinin rəhbərləri arasında görüş keçirilib.

Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib.

Bildirilib ki, görüşdə ATU-nun rektoru vəzifəsini müvəqqəti icra edən dosent Yaşar Ömərov, tədris işləri üzrə prorektoru Raqif Hüseynov, Turizm sənayesinin təşkili kafedrasının müdiri Yusif Hümbətov, “Garabagh Resort &Spa Naftalan Hotel”in direktoru Safi Orhan Kutluay, “Chinar Hotel&Spa Naftalan”ın direktoru Murat Gözütok, “Gashalti Health Hotel Naftalan”ın direktoru Rəşad Veyisov iştirak ediblər.

Görüşdə sözügedən hotellərlə universitet arasında əməkdaşlıq imkanları və perspektivləri, birgə kadr hazırlığı və birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.

Sonra ATU tələbələrinin sözügedən hotellərdə təcrübə keçməsinə dair müqavilə imzalanıb.

Qeyd edək ki, Azərbaycan Texnologiya Universitetində “turizm işinin təşkili” və “turizm bələdçiliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. ATU tələbələrinin müalicəvi nefti ilə turistlərin xüsusi diqqətində olan kurort şəhərində, dünyanın 65-ə yaxın ölkəsindən qonaqlar qəbul edən və ən müasir standartlara cavab verən “Qarabağ”, “Çinar” və “Qaşaltı” hotellərində təcrübə keçməsi kadr hazırlığının daha yüksək səviyyədə aparılmasına imkan verəcək.

Xəbər lenti