Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi Fərqanə Abdullayeva “Elsevier” nəşriyyatının “Computer Speech and Language” jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.
Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.
Jurnalda nitq və dilçilik texnologiyalarının tədqiqi üzrə multidissiplinar yanaşmalar, icmal məqalələri nəşr olunur. Jurnal elmmetrik göstəricilərə malikdir.