Logo

UFAZ-da magistraturaya sənəd qəbulu davam edir

22.01.2024 16:23 307 baxış
IMG

2024-2025-ci tədris ili üçün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin magistraturasına sənəd qəbulunun 1-ci mərhələsi davam edir.

Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.

UFAZ-da magistraturaya qəbul olmaq istəyən namizədlər həm Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanından keçməli, həm də elektron müraciət formasını tamamlamalıdırlar.

UFAZ-a sənəd qəbulunun 1-ci və ya 2-ci mərhələsindən şərti qəbul almış namizədlər DİM-in təşkil etdiyi magistratura imtahanından 50-dən artıq bal toplayarlarsa, (ingilis dili balı minimum 20 olarsa) UFAZ-ın magistratura proqramına qəbul ola bilərlər.

Bakalavriatura səviyyəsində təhsili ingilis dilində olmayan namizədlərdən (Azərbaycan və rus bölməsi) UFAZ-a qəbul zamanı minimum 6.5 bal IELTS və ya 80 bal TOEFL nəticəsi tələb olunur. Bakalavriaturada ingilis dilində təhsil alan namizədlər isə bu barədə arayış təqdim etməlidirlər.

Magistratura proqramı üçün ümumilikdə 110 yer ayrılıb və bütün yerlər ödənişsizdir.

Magistraturaya sənəd qəbulu yanvarın 29-dək davam edəcək.

Xəbər lenti