Logo

İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru seçilib

05.04.2021 13:51 91 baxış
IMG

Akademik Rasim Əliquliyev AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru vəzifəsinə seçilib.

 

Akademiyadan verilən məlumata görə, R.Əliquliyev bu vəzifəyə onlayn seçkilər nəticəsində seçilib.

 

Qeyd edək ki, R.Əliquliyev 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilib, 2013-2019-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi olub.

 

Akademik Rasim Əliquliyev AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin rəhbəri, 2002-ci ildən İnformasiya Texnologiyaları İnstitutunun direktorudur.

Xəbər lenti