Logo

Şuşanın islam mədəniyyətinə töhfə vermiş şəxsiyyətləri haqqında sənədli film hazırlanacaq

23.01.2024 13:55 349 baxış
IMG

Şuşanın islam mədəniyyətinə töhfə vermiş tarixi-dini irsi və şəxsiyyətləri haqqında sənədli film hazırlanacaq.

Tehsil.biz xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.

Bildirilib ki, filmin çəkilişi Mədəniyyət Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə tapşırılıb.

Sənədli film müxtəlif dillərdə hazırlanacaq.

Xəbər lenti