Logo

Tarix Muzeyində Qazaxıstanla əməkdaşlıq layihələrinə dair müzakirələr aparılıb - FOTO

23.01.2024 15:50 310 baxış
IMG

Qazaxıstan Respublikasının ölkəmizdəki səfiri Alim Bayel Milli Azərbaycan Tarixi Muzeyində olub. 

Bu barədə "Tehsil.biz"ə muzeydən məlumat verilib. 

Görüşdə muzeyin direktoru akademik Nailə Vəlixanlı Azərbaycan-Qazaxıstan əlaqələrinin əhəmiyyətini vurğulayıb. O, eyni zamanda, rəhbərlik etdiyi müəssisə haqqında məlumat verib.

Sonra iki ölkənin mədəni-tarixi əlaqələri və Qazaxıstan tərəfi ilə muzey arasında səmərəli əməkdaşlıq layihələri ilə bağlı danışıqlar aparılıb. 

Səfir A.Bayel muzeydə qorunan, Azərbaycan və Qazaxıstan tarixi əlaqələrini birləşdirən eksponatların təbliğatı istiqamətində kataloqun dərc olunması təklifini irəli sürüb və bu eksponatların hər iki ölkə arasında mövcud ictimai-mədəni əlaqələrin spesifikasının və inkişaf dinamikasının göstəricisi olduğunu vurğulayıb.

Səfir məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ev-muzeyini ziyarət edib. Qonağa muzeyin dəyərli eksponatları əsasında hazırlanmış nəşrləri hədiyyə olunub.

Xəbər lenti