Logo

Mübariz Qurbanlı Şirvanda vətəndaşların müraciətlərini dinləyib - FOTO

23.01.2024 16:58 167 baxış
IMG

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı yanvarın 23-də Şirvan şəhəri, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib.

Komitədən "Tehsil.biz"ə bildirilib ki, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Şirvan şəhərində yerləşən abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub.

Qəbula gələn vətəndaşlar dini icmaların qeydiyyatı, dini maarifləndirmə işinin genişləndirilməsi, İslam dininə aid ibadət yerlərinə din xadiminin təyinatı, habelə digər məsələlərlə bağlı müraciətlər ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri dinlənilib, ərizələri qəbul edilərək müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Xəbər lenti