Logo

Ötən il 500-dən çox şagird kibertəhlükəsizlik barədə maarifləndirilib

23.01.2024 17:07 278 baxış
IMG

Ötən il Elm və Təhsil Nazirliyinin ictimai təşəbbüslərin dəstəklənməsi üzrə qrant müsabiqəsi çərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən “Ümumi təhsil müəssisələrində kibertəhlükəsizlik üzrə maarifləndirmənin aparılması” layihəsi həyata keçirilib.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, layihə çərçivəsində Gəncə, Bərdə, Şirvan və Lənkəranda 500-dən çox şagird kibertəhlükəsizlik, kibergigiyena barədə maarifləndirilib. Məktəblilər arasında “Kiber Ulduz” kibertəhlükəsizlik üzrə CTF yarışı keçirilib.

Xəbər lenti