Logo

ADPU-da “Loqopediyanın nəzəri-praktik əsasları” mövzusunda təlim keçirilib

23.01.2024 17:22 406 baxış
IMG

Yanvarın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim-Tədris Mərkəzinin təşkilatçılığı ilə “Loqopediyanın nəzəri-praktik əsasları” mövzusunda növbəti təlim keçirilib.

Bu barədə "Tehsil.biz"ə ADPU-dan məlumat verilib.

ADPU-nun Məktəbəqədər təhsil fakültəsinin dekanı, dosent Nailə Hüseynovanın təqdimatında keçirilən təlimdə səs pozulmalarının aradan qaldırılması metodları (afoniya və disfoniya), oxu və yazı pozulmalarının korreksiyası (disqrafiya və disleksiya) haqqında geniş məlumat verilib. 

Daha sonra təlim iştirakçılarının sualları cavablandırılıb.

Xəbər lenti