Logo

ATU-da tələbələrin “MoreThanDoc” klubu fəaliyyətə başlayıb

05.04.2021 15:03 504 baxış
IMG

ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin nəzdində tələbələrin “MoreThanDoc” klubu fəaliyyətə başlayıb.

 

“MoreThanDoc”  klubunun fəaliyyəti əsasən başda tibb tələbələri olmaqla, tibb sahəsində çalışan bütün insanlar üçün maarifləndirmə və şəbəkələşmə işlərini yerinə yetirməkdir. Bu istiqamətdə klub üzvləri davamlı olaraq sosial mediada müxtəlif mövzularda təqdimatlarla çıxış edir, həmçinin müxtəlif tibbi mövzularda yerli və əcnəbi mütəxəssislərin vebinarlarını təşkil edirlər.

 

Klubun İdarə Heyətinin sədri ATU-nun I müalicə-profilaktika fakültəsinin 3-cü kurs tələbəsi Bekir Enes Evdidir. Qısa zaman ərzində yaranmasına baxmayaraq, klubun artıq 4 mindən çox üzvü vardır. Üzvlər əsasən ATU-nun və Türkiyənin müxtəlif universitetlərinin tibb tələbələridir. 

 

Klub, ATU-nun  Beynəlxalq əlaqələr şöbəsinin nəzdində fəaliyyət göstərir. Klub ətraflı məlumatı aşağıda qeyd olunan linkdən əldə edə bilərsiz: 


https://www.amu.edu.az/uploads/xeberler/MART%202021-%201.%20SAYI%20(9).pdf

Xəbər lenti