Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Ali Attestasiya Komissiyasından "Tehsil.biz"ə bildirilib ki, 9 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 29 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamə təqdim edilib.
Riyaziyyat, biologiya elmləri, tibb elmləri, texnika elmləri, iqtisad elmləri, hüquq elmləri, filologiya elmləri, siyasi elmlər və psixologiya üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 22 iddiaçıya fəlsəfə doktoru diplomları, Türkiyə Respublikası Ankara Universitetinin Sosial Elmlər İnstitutunda hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamə verilib.
Filologiya elmləri sahəsində “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə 2, “Dünya ədəbiyyatı (ABŞ ədəbiyyatı)” ixtisası üzrə 1, “German dilləri” ixtisası üzrə 1, hüquq elmləri sahəsində “Cinayət hüququ və kriminologiya: cəza-icra hüququ”, “Dövlət və hüquq nəzəriyyəsi və tarixi: hüquq və dövlət haqqında təlimlər tarixi” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları təqdim edilib.