Logo

AzTU ilə İdarəetmə Sistemləri İnstitutu və İnformasiya Texnologiyaları İnstitutu əməkdaşlıq edəcək - FOTO

23.01.2024 20:16 387 baxış
IMG

Azərbaycan Texniki Universiteti ilə İdarəetmə Sistemləri İnstitutu və İnformasiya Texnologiyaları İnstitutu arasında elmi-tədqiqat üzrə fəaliyyətin həyata keçirilməsinə dair əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə bildirilib ki, memorandum “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli Fərmanının icrası ilə bağlı həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində imzalanıb.

İmzalanma mərasimində çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova memorandum çərçivəsində həyata keçiriləcək tədbirlərin elm və təhsilin inteqrasiyasına, mövcud elmi potensialın qorunub saxlanmasına və inkişaf etdirilməsinə, həmçinin ali təhsil müəssisələrində təhsilin məzmununu zənginləşdirməklə yüksəkixtisaslı kadrların hazırlanmasına böyük töhfə verəcəyini bildirib.

Xəbər lenti