Logo

AZƏRTAC vakansiya elan edib

23.01.2024 20:29 258 baxış
IMG

AZƏRTAC Azərbaycan dili üzrə redaktor vəzifəsinə vakansiya elan edib.

Tehsil.biz xəbər verir ki, vakansiya üzrə aşağıdakı tələblərə uyğun olan namizədlər müraciət edə bilərlər.

- Azərbaycan dilində xəbərlərin redaktəsi;
- İnformasiyaların buraxılışa hazırlanması;
- Vacib xəbərlərin operativ dərc edilməsinin təşkili;
- Müxbir yazılarının vaxtında buraxılışa verilməsinin təmin edilməsi;
- Aktual mövzuların diqqətdə saxlanılması;
- Mətbuatın monitorinqi;
- Tam iş günü;

Namizədə tələblər

- Ali təhsilli olmalı;
- Azərbaycan dilini mükəmməl bilməli;
- Redaktor kimi mətbuatda azı beş il iş təcrübəsi olmalı;
- Xəbər mətnlərinin üslubunu bilməli;
- Xəbərləri operativ oxuyub buraxılışa verməyi bacarmalı;
- Təşəbbüskar olmalı;

Namizədlərdən özləri haqqında məlumatı 2024-cü il fevralın 10-dək [email protected] ünvanına göndərmək və məktubun “mövzu” bölməsində vakansiyanın adını yazmaq xahiş olunur.

Yalnız qeyd edilən şərtlərə uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Xəbər lenti