AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini tarix elmləri doktoru Eynulla Mədətlinin və f.ü.f.d. dosent Anar Qafarovun “Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev: dövlətçilik, milli özünüdərk, mənəvi dəyərlər” adlı kitabı (“Ocaq Nəşriyyat Poliqrafiya” MMC, Bakı, 2023, - 252 s.) nəşr edilib.
İnstitutdan "Tehsil.biz"ə verilən məlumata görə, kitabda Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyinin qurulmasında, ölkəmizdə dövlətçilik şüurunun, milli özünüdərkin və milli kimliyin bərqərar edilməsində, qayəsini və mayasını azərbaycançılığın təşkil etdiyi milli ideologiyanın formalaşdırılmasındakı xidmətləri tarixi-fəlsəfi təhlilə cəlb edilmişdir. Eyni zamanda, ölkəmizdə milli dövlətçiliyin inkişafı və möhkəmləndirilməsi, milli mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə ahəngdar əlaqələndirilməsi sahəsində Heydər Əliyev siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və zənginləşdirilməsi öz əksini tapmışdır.
Azərbaycan İlahiyyat İnstitutunun Elmi şurasının 29 dekabr 2023-cü il tarixli qərarı ilə nəşr olunan kitabın elmi redaktoru Fəlsəfə və Sosiologiya İnstitutunun Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru Ziba Ağayevadır.
Kitab elmi ictimaiyyət, həmçinin geniş oxucu dairəsi üçün nəzərdə tutulmuşdur.