Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən sonra ən ağır cinayətlərdən biri yanvarın 24-də baş verib.
Tehsil.biz xəbər verir ki, 34 il əvvəl bu gün vətənpərvər 5 alim çalışdıqları Polimer Materialları İnstitutuna işə gələrkən Sovet faşizminin amansızlığına tuş gəliblər. Faciə zamanı Azərbaycana yeridilən Sovet ordusunun tankı Bakı-Quba yolunun kənarında nasazlığı səbəbi ilə dayanan avtomobilin üstündən xüsusi amansızlıqla keçərək hadisə yerindən uzaqlaşıb. Professorlar İbrahim İbrahimov və Svetlana Məmmədova hadisə yerində, İsmayıl Mursaqulov isə 3 gün sonra şəhid olublar. 29 il sonra hadisədə yaralanan alimlərdən professor İdris Əhmədov 20 yanvar 2019-cu ildə dünyasını dəyişib.
cinayət elm tarixində qara səhifələrdən biri kimi qalacaqdır. Şəhid olan görkəmli alimlərin – professorlar Svetlana Məmmədova, İbrahim İbrahimov və İsmayıl Mursaqulovun, eləcə də bu hadisədə yaralanan Parlaq Mustafayeva və İdris Əhmədovun xatirələri institut əməkdaşları tərəfindən hər zaman yad ediləcəkdir.