Logo

BSU-nun ingilis dilini tədris edən bir qrup elmi-pedaqoji heyəti və tələbələrindən YÜKSƏK NƏTİCƏ

24.01.2024 13:49 462 baxış
IMG

Bakı Slavyan Universitetinin (BSU) ingilis dilini tədris edən bir qrup elmi-pedaqoji heyəti və tələbələri "IELTS imtahanına təşviq" layihəsində yüksək nəticə əldə ediblər.

Bu barədə "Tehsil.biz"ə BSU-dan bildirilib.

İmtahanlarda iştirak edən Avropa Dilləri kafedrasının müəllimləri Simnarə Cəbrayılova 8, Nigar Əsgərova, Həcər Məmmədova, İlhamə Əliyeva, Təhsil fakültəsinin əməkdaşı Səma İsmayılzadə 7.5, Elmira Xanəliyeva, Günel Əzizova, Turan Əkbərli, Vəfa Mürsəlova, Kəmalə Əzizova 7 bal, Tərcümə ixtisası üzrə təhsil alan IV tədris ili tələbələri Rüstəm Babayev 7 və Cavid Novruzov 7, 5 bal toplayıblar. Layihədə iştirak edən universitetin bir qrup ingilis dilini tədris edən  elmi-pedaqoji heyəti və  tələbələrindən 11-i  imtahanda uğurlu nəticə göstərib.

Qeyd edək ki, layihə BSU Təhsilin İnkişafı Fondu (TİF) və Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) arasında  imzalanmış “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsi haqqında” üçtərəfli əməkdaşlıq müqaviləsinə əsasən həyata keçirilib. Layihə çərçivəsində IELTS imtahanında iştirak edən və yüksək bal toplayan akademik heyət üzvlərinin imtahan üzrə ödənişləri Təhsilin İnkişafı Fondu tərəfindən qarşılanıb.

Xəbər lenti