Logo

Nəriman Məmmədovun yaradıcılığına həsr olunmuş konsert keçirilib - FOTO

24.01.2024 15:23 379 baxış
IMG

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq artisti, bəstəkar Nəriman Məmmədovun yaradıcılığına həsr olunmuş konsert keçirilib.

Filarmoniyadan "Tehsil.biz"ə bildirilib ki, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyətinin müşayiəti ilə solistlər - Əməkdar artistlər Gülüstan Əliyeva, Ehtiram Hüseynov, Sevinc Sarıyeva, xanəndələr Rəvanə Qurbanova, Sərxan Bünyadzadə, Nurlan Əzizbəyli, Vəfa Vəzirova, Nurlana Abdullayeva, Kamran Şəkərov və Murad Laçın öz ifalarını dinləyicilərə təqdim ediblər.

Konsertdə Nəriman Məmmədovun əsərləri səsləndirilib.

Xəbər lenti