Logo

Zorakılığa məruz qalan şagirdə görə məktəb rəhbərliyi CƏZALANDIRILDI

24.01.2024 17:08 261 baxış
IMG

"Bakı şəhəri 6 nömrəli məktəb-liseydə II sinif şagirdinin zorakılığa məruz qalması ilə bağlı səsləndirilən iddialar çərçivəsində aparılan araşdırmalardan sonra məktəb rəhbərliyinə xəbərdarlıq edilib".

Tehsil.biz xəbər verir ki, bunu APA-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva deyib.

Onun sözlərinə görə, məktəbdə nəzarətin təşkili məsələsinə məsul olan pedaqoji heyətin bir hissəsi barədə isə intizam tənbeh tədbiri görülüb.

M.Vəliyeva həmçinin bildirib ki, 6 nömrəli məktəbdə II sinif şagirdinin bir neçə VII sinif şagirdi tərəfindən istismara məruz qaldığı iddia edilən hadisə ilə bağlı pedaqoji şuranın iclası keçirilib.

O qeyd edib ki, VII sinif şagirdlərindən birinin başqa məktəbə keçirilməsi ilə bağlı qərar qəbul edilib:

“Digər uşaqlarla bağlı da addımlar atılacaq. Həmçinin, II sinif şagirdinin valideyninə də bu istiqamətdə təklif edilib”.

Xəbər lenti