Logo

Rəqəmsal UNEC-in “EduMan” sistemində bu modullar tətbiq olunur

24.01.2024 17:52 349 baxış
IMG

“Rəqəmsal UNEC-in “EduMan - Tədrisin vahid elektron idarəetmə sistemi”ndə (LMS) “Test imtahanlarının təşkili modulu”, qəbul prosesinin şəffaflığını və sənədlərin elektron qaydada qəbulunu təmin edən “Əlavə təhsil elektron idarəetmə modulu”, “İkinci ali təhsil elektron idarəetmə modulu”, “Əcnəbilərin qəbulunun elektron idarəetmə modulu” tətbiq edilir.

Tehsil.biz xəbər verir ki, bu barədə UNEC-in rektoru professor Ədalət Muradov rəsmi feysbuk səhifəsində paylaşıb.

“EduMan” sistemində bütün müəllim, əməkdaş və tələbələrin elektron məlumat bazası və tələbələrin fənn üzrə qrupları yaradılıb. Eyni zamanda, dərs cədvəlləri, tədris planları, tədris materialları, cari və aralıq qiymətləndirmə nəticələri, apellyasiya müraciətləri, sənəd qəbulu və təqaüdlərin hesablanması elektronlaşdırılıb”, - deyə rektor bildirib.

Xəbər lenti