Logo

BMU ilə “Smolnıy Universiteti” Korporasiyası əməkdaşlıq edəcək - FOTO

24.01.2024 18:58 316 baxış
IMG

Bakı Mühəndislik Universiteti (BMU) ilə Rusiyada fəaliyyət göstərən “Smolnıy Universiteti” Korporasiyası arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb.

Tehsil.biz xəbər verir ki, kadr hazırlığı, elmi-tədqiqat və sahibkarlıq sahələrində əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə BMU rektoru Yaqub Piriyev və Korporasiyanın prezidenti Heydər İmanov tərəfindən imzalanan sənəd bir çox istiqamətləri əhatə edir.

Razılaşmada yüksəkixtisaslı mühəndis və elmi-pedaqoji kadrların hazırlanması, elm və texnikanın müxtəlif sahələrində aktual məsələlərin həllinə həsr olunmuş elmi-tədqiqat işlərinin yerinə yetirilməsi və sahibkarlıq fəaliyyətinin inkişafı üzrə layihələrin işlənilib tətbiq edilməsi kimi müddəalar yer alıb.

İmzalanma mərasimində gələcək əməkdaşlıqla bağlı məsələlər nəzərdən keçirilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti