Logo

ADNSU-da “Robotların döyüşü” adlı yarış keçirilib - FOTO

24.01.2024 19:17 361 baxış
IMG

Yanvarın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) BA Proqramlarının təşkilatçılığı ilə tələbələrin hazırladığı robotların yarışı keçirilib.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, “Robotların döyüşü” adlı yarışın əsas məqsədi zamanın ən müasir və aktual vasitəsi olan robotların bir-birini təsirsiz hala gətirmək məqsədilə mübarizə aparmasından ibarət olub. 

ADNSU-da artıq 2-ci dəfədir ki, keçirilən “Robotların döyü” yarışı bu dəfə daha geniş miqyasda baş tutub. Bu məqsədlə təşkil olunan tədbirdə çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov universitetdə tələbələrin yaxşı bilik alması ilə yanaşı, onların fərdi bacarıqlarının inkişaf etdirilməsi, yeni startupların yaradılması üçün yaradılan şəraitdən danışıb və komandalara uğurlar arzu edib. 

Yarışda BA Proqramlarının “Mexatronika və robototexnika mühəndisliyi” ixtisası  üzrə təhsil alan ZU-040, ZU-041, ZU-041.1 və ZU-04.22 qrup tələbələri 6 fərqli komanda şəklində öz hazırladıqları 6 fərqli robotları döyüşdürüblər. Gərgin və maraqlı keçən mübarizənin sonunda III kurs tələbələri olan ZU-041.1 qrupunun “Black Squad” komandasının hazırladıqları robot qalib gəlib. II və III yerləri isə ZU-040 qrupu üzrə “Technofeudalists”, ZU-041 və ZU-041.1 qrupları üzrə “Hammerhead”, ZU-04.22 qrupu üzrə “Robevo” komandaları qazanıb.

 Qeyd edək ki, bu məşhur yarış ilk dəfə 1990-cı illərin sonunda ABŞ-da keçirilib. Sonralar ABŞ-da “BattleBots” və Böyük Britaniyada “Robot wars” adları altında 10 ilə yaxın televiziya verlişi şəklində yayınlanıb. Robot əsrinə keçidlə bərabər yarışa olan maraq daha da artıb və müsabiqənin əhatə dairəsi getdikcə genişlənib. İlk Robot Olimpiadası 1990-cı ildə Şotlandiyanın Qlazqo şəhərində Turinq İnstitutu tərəfindən təşkil edilib və bir çox ölkə tərəfindən təqdim edilmiş robotlar döyüşdürülüb. Sonradan Atlanta, San Fransisko, Hollandiya, Almaniya və s. ölkələrdə beynəlxalq yarış şəklində təşkil edilib. Hazırda dünyamiqyaslı olan bu yarış üzrə 2002-ci ildə ABŞ, Kanada və Braziliyada yarışın daha da beynəlmiləşdirilməsi üçün Robot Döyüş Liqası (Foundation of the Robot Fighting League - RFL) yaradılıb.

Sevindirici haldır ki, yarışın ölkə universitetləri içərisində ilk təşəbbüskarı ADNSU olub.

Xəbər lenti