Yanvarın 24-də Əməkdar artist Gülüstan Əliyeva “Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”nin İdarə Heyətinin fəxri üzvü seçilib.
Mərkəzin mətbuat xidmətindən "Tehsil.biz"ə bildirilib ki, bu barədə mərkəzin İdarə Heyəti qərar qəbul edib.
Mərkəzin əsas məqsədi Azərbaycan Respublikasının dövlət orqanları və özəl sektorlarla qan donorluğu sahəsində yaxından əməkdaşlıq etmək, eyni zamanda, Bakı və regionlarda bu istiqamətdə aparılan işin daha da gücləndirilməsinə dəstək verməkdir. Həmçinin qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı gənclər arasında təbliğatın gücləndirilməsinə xidmət etməkdir.
Qanvermə aksiyaları və təbliğat xarakterli tədbirlər Prezident İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində təşkil olunur.